Nazir Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib

03/11/2026 - 20:53
Nazir Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib

Noyabrın 3-də ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinlərin müraciətləri dinlənilib.

​Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

​Vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi və digər aidiyyəti məsələlərlə bağlı müraciətlər dinlənilib. Qaldırılan məsələlərin dərindən araşdırılması və operativ tədbirlərin görülməsi məqsədilə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

​Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.