Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı
Avropa Birliyinin Rusiya əleyhinə tətbiq etdiyi 21-ci sanksiya paketindən sonra Rusiyanın aparıcı “Zolotaya Korona” ödəniş sistemi Azərbaycan, Ermənistan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.
Qurumun rəsmi saytında yer alan məlumata görə, Rusiyadan onlayn köçürmələrin həyata keçirilməsinin mümkün olduğu ölkələrin siyahısında hazırda yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.
Qeyd edək ki, sözügedən məhdudiyyətlər Avropa İttifaqının sanksiyalarının birbaşa “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan Ödəniş Mərkəzinə şamil edilməsi ilə əlaqədardır.