"Dolların ucuzlaşması..." — AÇIQLAMA

İranla münaqişənin başa çatacağına dair gözləntilər ABŞ dollarının məzənnəsinin müharibədən əvvəlki səviyyəyə enməsinə səbəb olub.

23/05/2026 - 04:30
"Dolların ucuzlaşması..." — AÇIQLAMA
Dollarla bağlı hansı dəyişikliklər gözlənilir?

İqtisadçı Eyyub Kərimli “Globalinfo.az”a açıqlamasında münaqişə fonunda ABŞ dollarının ucuzlaşdığını bildirib.
 
“Belə ki, neft qiymətlərinin bahalaşması dolların zəifləməsinə təsir edir. Eyni zamanda, müharibə səbəbindən Amerika iqtisadiyyatında müəyyən gərginlik yaranır və bu amillər ABŞ iqtisadiyyatına mənfi təsir göstərir. Nəticədə, birjalarda investorlar daha ehtiyatlı davranmağa başlayırlar”, - o deyib.

E.Kərimlinin sözlərinə görə, münaqişə davam edərsə, dolların ucuzlaşması da müəyyən müddət davam edə bilər:

“Lakin qarşıdurma başa çatdıqdan sonra dolların yenidən əvvəlki səviyyəsinə qayıtması mümkündür. Bunun üçün isə müəyyən zaman tələb olunacaq. Hazırda bütün proseslər münaqişənin nə qədər davam edəcəyindən və hansı formada həll ediləcəyindən asılıdır”.