Türkiyə NATO-nun Baltik Missiyasına Qoşulur: Estoniyaya F-16 Qırıcıları Göndərilir

27/07/2026 - 13:02
Türkiyə NATO-nun Baltik Missiyasına Qoşulur: Estoniyaya F-16 Qırıcıları Göndərilir

​Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının patrul missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarəsi və 181-ci eskadrilyanın 76 hərbi qulluqçusunu göndərəcək. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

​Xəbərdə qeyd olunur ki, bu missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından böyük strateji əhəmiyyət daşıyır:

​"O, Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və strateji potensialının artırılmasına mühüm töhfə verəcək."

​Missiyanın Təfərrüatları:

​Müddət: Avqustdan noyabradək rotasiya əsasında həyata keçiriləcək.

​Məqsəd: Öz döyüş təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanının təhlükəsizliyini təmin etmək və patrul xidmətini həyata keçirmək.