Altı rayon niyə hələ də susuz qalıb?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib.
Suyun verilişinin isə oktyabrın 7-də səhər saatlarında bərpa olunacağı bildirilmişdi. Lakin buna baxmayaraq, suyun verilişi hələ də bərpa edilməyib.
Bu barədə Economynews.azın qaynar xəttinə kütləvi şəkildə vətəndaş müraciətləri daxil olub.
Sakinlərin sözlərinə görə artıq iki gündür içməli su ilə təmin edilməyiblər.
Məsələ ilə bağlı ADSEA-dan bildirilib ki magistral su xəttində təmir isləri relvef xüsusiyyətlərinə görə planlaşdırılandan bir neçə saat çox çəkib. Hazırda işlər yekunlaşıb, xətt su ilə doldurulur və gün ərzində suvun mərhələli səkildə əvvəlki rejimdə verilməsi təmin ediləcək.