Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada!

30/10/2026 - 20:33
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada!

Türkiyənin paytaxtı Ankarada türk dövlətlərinin ortaq tarixini, mədəniyyətini və sivilizasiya irsini əks etdirən Türk Dövlətləri Mədəniyyət Parkının təntənəli açılışı keçirilib.

Economynews.az xəbər verir ki, oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk dövlətlərinin liderləri və rəsmi nümayəndələri Prezident Kompleksinin yerləşdiyi Beştəpə ərazisində təşkil olunan mərasimdə iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü çərçivəsində keçirilən mərasimdə dövlət başçıları birlikdə ağac əkiblər. Ardınca liderlər Malazgirt Nümayiş Mərkəzində təşkil olunan mədəni proqramı izləyib və xatirə şəkli çəkdiriblər.