Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03/11/2026 - 18:28
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

​Müdafiə Nazirliyinin rəhbər heyəti və generallar təlimin gedişatını izləyiblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim mərkəzində yaradılmış şəraitlə tanış olub, komandanlığın qərarlarının simulyasiya proqramları vasitəsilə icrası prosesini diqqətlə izləyib.

​Təlimin ana xəttini müasir döyüş əməliyyatlarının idarə olunması, qərargahların uzlaşmış fəaliyyətinin təmin edilməsi və çevik qərarqəbuletmə qabiliyyətinin artırılması təşkil edir. Kompüter dəstəkli sistemlər real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış ssenarilər əsasında müxtəlif tapşırıqları modelləşdirməyə imkan verir.

​Nazir Zakir Həsənov təlimə cəlb olunan şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndirərək, döyüş hazırlaşlığının daha da artırılması və müasir texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.