ABŞ İsrailə hər il verilən 4 milyard dollarlıq yardımı dayandırır – Trampdan sensasion açıqlama
ABŞ Prezidenti Donald Tramp ilin sonundan itibaren İsrailə hər il ayrılan 4 milyard dollar həcmindəki hərbi və maliyyə yardımının dayandırılacağını bəyan edib.
Ölkə rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Trampın sözlərinə görə, bu qərar İsrailin Baş naziri Benyamin Netanyahunun şəxsi xahişi və təşəbbüsü ilə qəbul edilib:
“İsrail tərəfi bu vəsaitə ehtiyac duyduğunu bildirsəydi, ABŞ maliyyələşməni davam etdirərdi. Lakin Netanyahunun özü məsələni gündəmə gətirərək İsrailin bu yardımı almamasının daha doğru olacağını dedi.”
ABŞ Prezidenti vurğulayıb ki, qərar həm maddi, həm də maliyyə dəstəyini əhatə edir.
Qeyd edək ki, hələ iyun ayında Vaşinqtonun İsrailə uzunmüddətli dəstəyinin azala biləcəyi barədə məlumatlar yayılmışdı. İki ölkə arasındakı münasibətləri təhlil edən ekspertlər də İsrailin artıq ABŞ-dən gələn hərbi və simvolik dəstəyə, eləcə də Amerikadakı xeyriyyə təşkilatları üçün vergi güzəştlərinə əvvəlki kimi arxalana bilməyəcəyini qeyd edirdilər