Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib - DTX-dən əməliyyat

03/11/2026 - 18:32
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib - DTX-dən əməliyyat

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlu Azərbaycana gətirilərək istintaqa cəlb olunub.

​Aparılan araşdırmalarla müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə fəaliyyət göstərib.

​O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, habelə milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradıb. M.Fetiyev xaricdə və Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edərək separatçı əməllərin təşkilini həyata keçirib.

​Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.