Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində Ağstafa, Qazax və Tovuz rayonları sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 18-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna (yalnız iş günləri və saatlarında) zəng etmək, nazirliyin rəsmi saytının müvafiq bölməsi vasitəsilə elektron müraciət göndərmək və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.
Qeyd olunub ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.