Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı President.az-a istinadən xəbər verilir:
"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi" və "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu" təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Bundan başqa, Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılır.
Müəyyən edilir ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını və idarə olunmasını həyata keçirəcək.