Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik edib

03/11/2026 - 12:47
Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

​Milli Məclisin Zəfər Gününə həsr olunmuş xüsusi iclasında deputatlar xalqımızın tarixi qələbəsini, dövlətimizin suverenliyinin tam bərpa olunmasını və bu tarixi zəfərdə ölkə rəhbərliyinin müstəsna xidmətlərini yüksək qiymətləndiriblər.

​Təbrik mətində vurğulanıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, möhkəm siyasi iradəsi və Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyi sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsi şanlı Qələbə ilə başa çatıb. Bu tarixi zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin en parlaq səhifələrindən birinə çevrilib və regionda yeni reallıqlar yaradıb.

​Məktubda, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tərəqqisi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləce də şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğıdakı böyük xidmətləri xüsusi qeyd olunub.

​Milli Məclisin deputatları dövlət başçısına və Birinci vitse-prezidentə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə ali dövləti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.