Səbinə Əliyeva yenidən Azərbaycanın Ombudsmanı seçilib

03/11/2026 - 12:22
Səbinə Əliyeva yenidən Azərbaycanın Ombudsmanı seçilib

Səbinə Əliyeva yenidən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilib.

​Bu barədə qərar Milli Məclisin keçirilən plenar iclasında qəbul olunub.

​İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədliyin təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.