Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq

04/11/2026 - 19:34
Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq

Gələn il Azərbaycanda təbii qaz hasilatının cari ilin proqnozu ilə müqayisədə 239,2 milyon kubmetr, yəni 1,5 % yüksələrək 16,3 milyard kubmetrə çatacağı nəzərdə tutulur.

Economynews.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənədə görə, dizel yanacağının istehsal həcmi 115,4 min ton, yəni 5 % artım göstərəcək. Bundan əlavə, ƏDV-yə cəlb olunan dövriyyənin genişlənməsi nəticəsində əlavə vergi öhdəliklərinin formalaşacağı gözlənilir.