Maliyyə naziri: “Altı ay əvvəl heç kim bugünkü neft qiymətini proqnozlaşdırmırdı”
"Altı ay əvvəl heç kim neftin bugünkü qiymətinin olacağını planlaşdırmırdı".
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, dünya bazarında qiymət dəyişkənliyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir:
"2026-cı ilin dövlət büdcəsini Milli Məclisə təqdim edəndə mənə suallar olunurdu ki, neftin qiymətinin 65 dollar olması çox yüksək rəqəm deyil? Niyə bu rəqəmi müəyyənləşdirmisiniz? Biz bir vahid qiymətləndirici agentliyin fikri ilə fəaliyyət göstərmirik. Təqribən 80-ə yaxın müxtəlif beynəlxalq proqnozverici qurumun daxil olduğu hovuz yaratmışıq, onların ortaçəkili rəqəmi o zaman 61-62 dollar təşkil edirdi. Heç kim də gözləmirdi ki, neftin qiyməti hətta 120 dollara çatacaq".
Nazir həmçinin qızıl bazarlarındakı kəskin qiymət tərəddüdlərinə də toxunaraq bildirib ki, iki il əvvəl qızılın qiymətinin 5500 dollara qalxacağını və ardından 3800 dollara düşəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi.