Azərbaycan Astanada keçirilən Əqəbə Prosesi sammitində təmsil olunur

06/11/2026 - 17:09
Azərbaycan Astanada keçirilən Əqəbə Prosesi sammitində təmsil olunur

Qazaxıstanın paytaxtı Astanada “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda Əqəbə Prosesi sammiti keçirilir. Tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Economynews.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, Əqəbə Prosesi terrorizm və zorakı ekstremizmlə mübarizə sahəsində beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs 2015-ci ildə İordaniya Kralı II Abdullah bin Hüseyn tərəfindən irəli sürülüb.

Əqəbə Prosesi dövlət başçılarını, xüsusi xidmət və hərbi qurumların rəhbərlərini, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək təhdidlərin birgə qiymətləndirilməsi və onlara qarşı praktiki tədbirlərin razılaşdırılması üçün platforma rolunu oynayır.