Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

06/11/2026 - 17:14
Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrində olan qonaqlara tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nümayəndə heyətinin rəhbəri “Şərəf kitabı”na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Yekunda hədiyyə mübadiləsi aparılıb.