APA-nın komitə iclasında

26/11/2026 - 21:01
APA-nın komitə iclasında

APA-nın komitə iclasında

Noyabrın 26-da Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclası keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, APA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Günay Ağamalı videokonfrans formatında iştirak edib.

İclasda APA baş katibinin hesabatı dinlənilib, Asiya regionunda davamlı və inklüziv inkişafın, iqtisadi artımın və kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi kimi məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi