Digahda təhsil həyatında yeni mərhələ: Könül Tağızadə məktəb direktoru təyin edildi
Abşeron rayonunun Digah qəsəbə tam orta ümumtəhsil məktəbinin kollektivi və şagirdləri üçün əlamətdar hadisə baş verib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə pedaqoji fəaliyyəti və peşəkarlığı ilə seçilən Könül Tağızadə məktəbin direktoru vəzifəsinə təyin edilib.
Təhsil sahəsində uzunmüddətli və səmərəli təcrübəyə malik olan Könül Tağızadənin adı Abşeron-Xızı Regional Təhsil İdarəsi xətti ilə həyata keçirilən fəaliyyətlərdə, müəllim peşəkarlığının və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətindəki uğurlarda xüsusi yer tutur. Onun respublika birinciliyinə yüksələn uğur yolu müəllim əməyinin, elmi-pedaqoji hazırlığın və məqsədyönlü çalışqanlığın bariz nəticəsi kimi qiymətləndirilir.
Müəllimlikdən idarəçiliyə uzanan bu məsuliyyətli mərhələdə məktəb ictimaiyyətinin gözləntiləri böyükdür. Savadı, mədəni davranışı, humanist yanaşması və işinə olan bağlılığı ilə tanınan Könül Tağızadənin rəhbərliyi altında Digah qəsəbə tam orta ümumtəhsil məktəbində tədrisin keyfiyyətinin daha da artırılması, sağlam pedaqoji mühitin möhkəmləndirilməsi və şagirdlərin hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərin genişləndirilməsi əsas istiqamətlərdən biri olacaq.
Sosial şəbəkələrdə və ictimai mühitdə də bu təyinat xoş qarşılanıb; həmkarları, şagirdləri və təhsil ictimaiyyətinin nümayəndələri yeni rəhbərə uğurlar, yeni nailiyyətlər və səmərəli fəaliyyət arzularını ifadə ediblər.
Redaksiyamızdan təbrik
Hörmətli Könül xanım Tağızadə!
Sizi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Abşeron rayonu Digah qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə redaksiyamız və kollektivimiz adından səmimi-qəlbdən təbrik edirik.
Pedaqoji fəaliyyətinizdə, o cümlədən Abşeron-Xızı regional təhsil mühitində qazandığınız təcrübə və respublika birinciliyinə uzanan uğurlu yolunuz yeni rəhbər vəzifənizdə də sizə möhkəm dayaq olacaq. Savadınız, humanist münasibətiniz və yüksək mədəniyyətinizlə məktəb kollektivinə və şagirdlərə daim örnək olacağınıza inanırıq.
Sizə yeni və məsuliyyətli vəzifənizdə tükənməz enerji, möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan təhsilinin inkişafı yolunda yeni-yeni böyük müvəffəqiyyətlər arzulayırıq. Təyinatınız xeyirli və uğurlu olsun!