Yunanıstan səfirinə Pirallahı Sənaye Parkında sahibkarlara göstərilən dəstək mexanizmlərindən danışılıb

25/11/2026 - 14:02
Yunanıstan səfirinə Pirallahı Sənaye Parkında sahibkarlara göstərilən dəstək mexanizmlərindən danışılıb

Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinu İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında olub.

Agentlikdən  bildirilib ki, görüş zamanı sənaye zonalarının ölkə iqtisadiyyatının inkişafında və sənayeləşmə prosesində rolu barədə məlumat verilib.

Sənaye parklarında investorlar üçün yaradılmış biznes mühiti, tətbiq olunan vergi və gömrük güzəştləri, infrastruktur təminatı və sahibkarlara göstərilən dəstək mexanizmləri diqqətə çatdırılıb.

Tərəflər əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Pirallahı Sənaye Parkının rezidenti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.