Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Economynews.aza bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi qeyd olunub. Gürcüstanla sənaye və istehsal sahəsində birgə layihələrin, enerji əməkdaşlığının, o cümlədən yaşıl enerji təşəbbüslərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının inkişafının əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Müzakirədə ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi istiqamətində birgə fəaliyyətin önəmi qeyd olunub.