Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

30/06/2026 - 11:13
Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Sabahdan Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir."Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun müvafiq tələbinə görə, sabahdan 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağandır.

Sözügedən qadağa iyulun 1-dən qüvvəyə minir.