Parlament dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi
Parlament dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi
Parlament "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini qəbul edib.
Dövlət büdcəsinin gəlirlərinin 16 milyard 355.2 milyon manatı və ya 41.7 faizi vergi orqanlarının xətti ilə, 6 milyard 369.9 milyon manatı və ya 16.3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 14 milyard 481 milyon manatı və ya 37 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 978.5 milyon manatı və ya 5 faizi digər gəlirlər üzrə daxilolmaların, 679.6 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 66.7 milyon manatı məqsədli büdcə fondlarının gəlirlərinin, 46.5 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların və 1 milyard 185.7 milyon manatı sair daxilolmaların payına düşür.
Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.