Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gedib
05/11/2026 - 19:19
Yeniləndi: 58 dəqiqə əvvəl
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gedib
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Sahibə Qafarovanı Qazaxıstan Qurultayının sədr müavini Dinara Zakiyeva, xarici işlər nazirinin müavini Arman İsaqaliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin və rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulur.



