Bakıda Neft Emalı Zavodunda yanğın baş verib - FHN məlumat yaydı

Bakıda Neft Emalı Zavodunda yanğın baş verib - FHN məlumat yaydı

18/06/2026 - 05:53
Bakıda Neft Emalı Zavodunda yanğın baş verib - FHN məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
​Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
​Hazırda yanğınsöndürmə briqadaları tərəfindən alovun qarşısının alınması və yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər intensiv şəkildə davam etdirilir.
​Hadisənin miqyası və təfərrüatları barədə əlavə məlumat veriləcək.