İlham Əliyev: "Azərbaycanın sabit, uğurlu inkişafı var"
İlham Əliyev: "Azərbaycanın sabit, uğurlu inkişafı var"
Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyib.
Dövlət başçısı çıxışı zamanı ölkəmizin mövcud iqtisadi vəziyyətinə və beynəlxalq əməkdaşlıq perspektivlərinə toxunub. Prezident qeyd edib ki, Azərbaycan öz inkişaf yolunu inamla davam etdirir:
"Azərbaycanın sabit, uğurlu inkişafı var. Biz öz iqtisadiyyatımızı şaxələndirmək və dayanıqlı inkişafı təmin etmək istiqamətində ardıcıl tədbirlər görürük."
İkinci dəfə ev sahibliyi
Öz çıxışında İslam İnkişaf Bankı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı bu faktı Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə olan yüksək səviyyəli əlaqələrinin və ölkəmizə göstərilən etimadın növbəti göstəricisi kimi dəyərləndirib.
İllik toplantılar çərçivəsində İslam dünyasının iqtisadi inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və qlobal çağırışlara qarşı birgə fəaliyyət məsələlərinin geniş müzakirə olunması nəzərdə tutulur.