Rusiyanın Kirov şəhərində zenit raketləri istehsal edən zavod vuruldu: "Flamingo" zərbəsindən sonra güclü yanğın baş verdi
Rusiyanın Kirov şəhərində zenit raketləri istehsal edən zavod vuruldu: "Flamingo" zərbəsindən sonra güclü yanğın baş verdi
Rusiyanın Kirov şəhərində yerləşən və zenit raketləri istehsal edən strateji hərbi zavodda raket hücumundan sonra güclü yanğın baş verib.
Economynews.az xəbər verir ki, hücumun əsas hədəfi Vyatka "AVITEK" maşınqayırma zavodu olub.
Məlumata görə, "FP-5 Flamingo" raketi Kirov şəhərində yerləşən və "Almaz-Antey" Dizayn və İstehsalat Birliyinin tərkibinə daxil olan "AVITEK" müəssisəsinə dəqiq zərbə endirib. Bu zavod "Tor" hava hücumundan müdafiə raket sistemlərinin, həmçinin X-101 və X-59M2/X-59M2A qanadlı raketlərinin istehsalında yaxından iştirak edir, onların mühərrikləri üçün zəruri komponentlər təchiz edir. Bununla yanaşı, müəssisə Su-34 və Su-57 qırıcı təyyarələri üçün K-36DM katapult (atış) oturacaqlarının istehsalı, təmiri və təkmilləşdirilməsi ilə də məşğuldur.
Qeyd edək ki, Kirov zavodu Ukrayna sərhədindən təxminən 1100 kilometr məsafədə yerləşir. Bu, Votkinsk raket zavoduna endirilən rekord qıran "FP-5 Flamingo" raket zərbəsindən təxminən 200 km daha yaxın məsafəni əhatə edir.