Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıb
Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıb
Dünya əmtəə birjalarında qiymətli metalların dəyərində ucuzlaşma qeydə alınıb. Economynews.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 22 dollar azalaraq 4 028,2 dollar təşkil edib.
Eyni dinamika gümüş bazarında da müşahidə olunub. Birja məlumatlarına əsasən, gümüşün qiyməti 0,38 dollar ucuzlaşaraq 57,68 dollara bərabər olub.
Mütəxəssislər qiymətli metalların qiymətlərindəki bu dəyişiklikləri qlobal maliyyə bazarlarındakı cari dalğalanmalar və investorların mövqeləri ilə əlaqələndirirlər.