Azərbaycan neftinin qiyməti 109 dolları ötdü

Azərbaycan neftinin qiyməti 109 dolları ötdü

24/07/2026 - 08:50
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində kəskin bahalaşma qeydə alınıb.  
​Economynews.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 8,54 dollar və ya 8,49 faiz artaraq 109,01 dollar təşkil edib.  
​Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Məlumat üçün bildirək ki, cari ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.