Xocalı, Ağdərə və Cəbrayıl rayonlarına növbəti köç karvanı yola salınıb
Xocalı, Ağdərə və Cəbrayıl rayonlarına növbəti köç karvanı yola salınıb
İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Bu gün Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının bir sıra kəndlərinə dövlət başçısının diqqət və qayğısı sayəsində növbəti köç karvanı yola salınıb.
Doğma yurdlarına qovuşan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət dəstəyi ilə təmin olunaraq uzun illərdən sonra öz ata-baba yurdlarına qayıdıqları üçün sonsuz sevinc və qürur hiss keçirdiklərini bildiriblər. Onlar göstərilən diqqətə, eləcə də qısa müddətdə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, həmin ərazilərdə sakinlərin təhlükəsiz və rahat yaşayışı üçün zəruri infrastruktur – yaşayış evləri, məktəb, tibb məntəqəsi və digər kommunal xətlər bərpa edilib.