Bakıda iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
Bakıda iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
Bakı şəhərinin Xəzər rayonunda, Binə qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. İki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Economynews.az xəbər verir ki, qəza baş verən əraziyə dərhal Təcili Tibb Yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Yaralılar təcili yardım avtobusları və maşınları ilə paytaxtın müxtəlif xəstəxanalarına təxliyə ediliblər.
İlkin məlumata görə, xəsarət alanların vəziyyəti ilə bağlı aidiyyəti tibb müəssisələrində müvafiq tədbirlər görülür. Faktla bağlı baş vermiş qəzanın səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.