FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ: Həftəsonu hava kəskin istiləşəcək

FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ: Həftəsonu hava kəskin istiləşəcək

24/07/2026 - 09:34
FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ: Həftəsonu hava kəskin istiləşəcək
Fövqəladə Hallar Nazirliyi (FHN) qarşıdan gələn həftəsonu ölkə ərazisində gözlənilən həddindən artıq isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.  
​Economynews.az xəbər verir ki, nazirlik vətəndaşları yüksək temperaturun yarada biləcəyi təhlükələrlə bağlı ciddi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb.  
​Bildirilib ki, şənbə və bazar günləri havanın temperaturunun yüksəlməsi fonunda kiçik ehtiyatsızlıq və ya diqqətsizlik açıq sahələrdə, meşə massivlərində və digər məkanlarda yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, isti havadan qorunmaq üçün kondisioner və digər məişət cihazlarına tələbatın artması elektrik şəbəkələrini həddindən artıq yükləyərək qısaqapanma təhlükəsi yarada bilər.  
​FHN əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir:  
​Evlərdə və iş yerlərində elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, elektrik qurğularının texniki vəziyyəti yoxlanılmalıdır.  
​Əkin sahələrində, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli, siqaret çəkilməməlidir.  
​Yaşayış evləri və təsərrüfat müəssisələrinin həyətləri quru ot və tullantılardan təmizlənməlidir.  
​Sönməmiş siqaret kötüyü, kibrit çöpü və şüşə əşyalar ətrafa atılmamalıdır.  
​Təbiət qoynunda və meşə sahələrinə yaxın ərazilərdə istirahət edərkən tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, ətrafı quru ot və kol-kosdan təmizlənməlidir.