Azərbaycanlıların xarici ölkələrə səfərləri azalıb – Ən çox Türkiyəyə gediblər
23/10/2026 - 23:52
2026-cı ilin ilk doqquz ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb. Bununla belə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkə olaraq qalır.
Economynews.az saytının verdiyi məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 575,3 min nəfər təşkil edib.