Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

24/07/2026 - 08:42
Sabah 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir. Ölkə.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.