Abbas Arakçı: Danışıqların uğur ehtimalı 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq

Abbas Arakçı: Danışıqların uğur ehtimalı 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq

20/07/2026 - 05:17
Abbas Arakçı: Danışıqların uğur ehtimalı 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq
İranın xarici işlər naziri Abbas Arakçı "Müharibə Hekayəsi 2" verilişinin iyirminci bölümündə Cavad Moqoi ilə müsahibəsində Tehranın xarici siyasət kursu və regional gərginliklərlə bağlı mühüm açıqlamalar verib.
​Onun sözlərinə görə, ölkə ətrafında yeni müharibə riskinin qalmasına baxmayaraq, Tehran mövcud dialoq imkanlarından maksimum dərəcədə istifadə etməlidir.
​“Danışıqların uğur qazanmaq ehtimalı cəmi 10 faiz olsa belə, biz bu fürsətdən mütləq yararlanmalıyıq”, – deyə nazir vurğulayıb.
​XİN başçısının bu açıqlaması rəsmi Tehranın gərginliyin azaldılması istiqamətində diplomatik kanalların açıq saxlanılmasına üstünlük verdiyini göstərir.