ABŞ-İran gərginliyi fonunda neft bazarı kəskin bahalaşdı: Brent 90 dolları keçdi
ABŞ-İran gərginliyi fonunda neft bazarı kəskin bahalaşdı: Brent 90 dolları keçdi
Şənbə və bazar günləri ərzində ABŞ ilə İran arasında hərbi toqquşmaların kəskinləşməsi və Hörmüz boğazında gəmilərin hərəkətinə təhdidlərin artması fonunda dünya neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Geosiyasi risklərin pik həddə çatması fonunda Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2 ABŞ dollarından çox artaraq 90 dollar həddini keçib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin qiyməti 1,8 dollar bahalaşaraq 84,3 dollar səviyyəsinə çatıb.
Ekspertlər bildirirlər ki, regiondakı hərbi-siyasi eskalasiya davam edəcəyi təqdirdə, enerji daşıyıcılarının qiymətlərində volatilliyin və yüksəkeçmə tendensiyasının qorunub saxlanılması istisna edilmir.