Qlobal bazarlarda qızılın unsiyasının qiyməti 4 400 dolları ötüb.
Qlobal bazarlarda qızılın qiyməti yeni həddə: 4 400 dolları ötdü Dünya əmtəə bazarlarında qiymətli metalların, xüsusilə qızılın növbəti bahalaşma dalğası qeydə alınıb. Birja məlumatlarına əsasən, qızılın qiyməti əhəmiyyətli psixoloji həddi keçib.
Nyu-Yorkun COMEX əmtəə birjasında aparılan əməliyyatlar zamanı qızılın bir troya unsiyası (31.1 qram) üzrə fyuçerslərin dəyəri artaraq 4 401.7 ABŞ dolları təşkil edib.
Qlobal maliyyə bazarlarında baş verən bu bahalaşma fonunda digər qiymətli metallarda da artım müşahidə olunub. COMEX-də gümüşün bir unsiyasının qiyməti dəyər qazanaraq 64.1 dollar səviyyəsinə yüksəlib.
Mütəxəssislər qiymət artımını qlobal iqtisadi və geosiyasi proseslər, eləcə də investorların təhlükəsiz aktivlərə olan tələbatının artması ilə əlaqələndirirlər.