Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə temperaturun enəcəyi, leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir.

10/08/2026 - 14:27
Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə temperaturun enəcəyi, leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir.

Azərbaycanda hava kəskin dəyişir: Leysan, şimşək və dolu gözlənilirYaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə güclü yağıntıların olacağı gözlənilir.

​Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, respublika ərazisində hava şəraitinin tədricən dəyişərək arabir yağmurlu olacağı ehtimal edilir.

​Sinoptiklərin proqnozlarına əsasən, ayrı-ayrı bölgələrdə yağışların leysan xarakterli olacağı, şimşək çaxacağı, eləcə də dolu düşəcəyi gözlənilir. Güclü külək ehtimalı da nəzərə alınaraq, sərt hava şəraitinə qarşı diqqətli olmaq tövsiyə edilir.

​Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən enəcək, ötən günlərin istisi nisbətən sərin və yağıntılı hava ilə əvəz olunacaq.

​Mütəxəssislər kəskin hava dəyişikliyi ilə əlaqədar sürücülərə yollarda ehtiyatlı olmağı, vətəndaşlara isə təhlükəsizlik qaydalarına riayət etməyi xəbərdarlıq edirlər.