Azərbaycanın və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın və Gürcüstanın polis akademiyaları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Economynews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sənəd Gürcüstan DİN-in İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Azərbaycan DİN-in Polis Akademiyası arasında imzalanıb.
Memorandum akademiyalar arasında birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və qabaqcıl təcrübələrin mübadiləsini, həmçinin təhsil və peşə hazırlığı sahəsində tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.