ABŞ Prezidenti Donald Trampdan İran açıqlaması: Hücumlar dayandırıldı, danışıqlara şans verilir
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara daha bir şans vermək məqsədilə İrana qarşı hərbi hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb.
O, bu barədə “Axios” nəşrinə verdiyi müsahibəsində danışıb. Lakin ABŞ lideri xəbərdarlıq edib ki, diplomatiya nəticə verməzsə, genişləndirilmiş hərbi əməliyyatlara dərhal qayıdış əmri verə bilər.
"Biz İranla çox dərin danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, biz çox güclü hərbi əməliyyatlara qayıdacağıq", – deyə Tramp bildirib.
Diplomatiyaya nə qədər vaxt ayrılacağı ilə bağlı sualı cavablandıran prezident proses üçün çox vaxtlarının olmadığını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, cari danışıqlar əsasən İran və Oman arasında aparılır. Bununla belə, Qətər, Pakistan, Misir və Donald Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner də prosesdə fəal şəkildə iştirak edirlər.
Fatma Təvəkgül qız