Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada Yaşar Gülərlə görüşüb

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada Yaşar Gülərlə görüşüb

21/07/2026 - 15:09
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada Yaşar Gülərlə görüşüb
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada Yaşar Gülərlə görüşübAzərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər edib.
​Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüş keçirib. Görüşdə iki ölkə arasında hərbi polis sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Tərəflər hərbi təhsil, təcrübə mübadiləsi və qardaş ölkələr arasındakı strateji müttəfiqliyin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıblar.