ABŞ və İran arasında hərbi gərginlik pik həddə: Əməliyyatlar genişləndirilir
ABŞ və İran arasında hərbi gərginlik pik həddə: Əməliyyatlar genişləndirilir
Məlumata görə, ABŞ ordusu İrana qarşı növbəti dəfə hava zərbələri endirib. Qərb mediası və nüfuzlu nəşrlər, o cümlədən "The Wall Street Journal" yazır ki, ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırır. Bölgəyə əlavə xüsusi əməliyyat qüvvələri, qırıcı eskadrilyaları yerləşdirilib, həmçinin ABŞ və Böyük Britaniyadakı bazalarda yerləşən strateji bombardmançılar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.ABŞ rəsmiləri bu addımları İranı məsuliyyətə cəlb etmək, eləcə də bölgədə beynəlxalq kommersiya gəmiçiliyinə və təhlükəsizliyə yaradılan təhdidlərin qarşısını almaq məqsədilə atılan "özünümüdafiə tədbiri" kimi qiymətləndirirlər.