Donald Tramp: "Gəmilərə dəyən ziyan İranın dondurulmuş aktivləri hesabına ödəniləcək"
Donald Tramp: "Gəmilərə dəyən ziyan İranın dondurulmuş aktivləri hesabına ödəniləcək"
ABŞ Prezidenti Donald Tramp gəmilərə, yüklərə və onlarla əlaqəli əmlaka dəyən ziyanın kompensasiyası üçün İranın dondurulmuş aktivlərindən istifadə ediləcəyini açıqlayıb.
O, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
ABŞ lideri qeyd edib ki, dənizçiliyə, gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər hansı digər əmlaka dəyən zərər birbaşa ABŞ-nin nəzarətində saxlanılan İran vəsaitləri hesabına ödəniləcək.
"Bu zərər çox əhəmiyyətli ola bilər, lakin bu, ədalətli və əsaslandırılmış addımdır", – deyə Donald Tramp vurğulayıb.