Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

08/07/2026 - 10:50
Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb
İyulun 8-də ADA Universitetində azərbaycanlı gənc rəssamların Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlərdən ibarət sərgi açılıb. Sərgi ADA Universiteti, Misirin Azərbaycandakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.sərgi 9 İyul – Azərbaycanda Diplomatik Xidmət Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə təşkil olunub və mədəni diplomatiyanın xalqları və dövlətləri birləşdirən gücünü nümayiş etdirməyi hədəfləyir.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə, xüsusilə mədəni diplomatiya istiqamətində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, Misirin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan sərginin əsas məqsədi mədəni diplomatiyanın əhəmiyyətini nümayiş etdirmək, xalqlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirməkdir.