Ürək sağlamlığının keşiyində: 6 İyul – Ümumdünya Kardioloq Günü
Ürək sağlamlığının keşiyində: 6 İyul – Ümumdünya Kardioloq Günü
Hər il iyulun 6-sı dünyada kardioloqların peşə bayramı və ürək-damar xəstəlikləri ilə mübarizəyə diqqətin artırılması günü kimi qeyd olunur.
2000-ci ildən etibarən qeyd olunan bu əlamətdar gün, bəşəriyyəti narahat edən ən ciddi problemlərdən olan ürək-damar xəstəlikləri ilə mübarizədə kardioloqların rolunu və onların zəhmətini yüksək qiymətləndirmək məqsədi daşıyır.
Kardiologiya tibbin ən mühüm sahələrindən biri olmaqla, ürək və damar sistemində yaranan problemlərin vaxtında aşkarlanması, müalicəsi və profilaktikası ilə məşğul olur. Kardioloqlar isə minlərlə insanın həyatının xilas edilməsində, xəstəliklərin qarşısının alınmasında və sağlam həyat tərzinin təbliğində əvəzsiz xidmətlər göstərirlər.
Statistikaya görə, dünyada və ölkəmizdə ölüm hallarının əsas səbəblərindən biri məhz ürək-damar sistemi xəstəlikləridir. Bu gün münasibətilə mütəxəssislər bir daha vurğulayırlar ki, ürək sağlamlığını qorumaq üçün vaxtında müayinədən keçmək, düzgün qidalanmaq və aktiv həyat tərzi sürmək həyati əhəmiyyət daşıyır.
Bütün ürək dostu olan həkimləri peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayırıq!