Baş Prokurorluqdan rəsmi açıqlama: Gürcüstanda həmyerlimizin öldürülməsi ilə bağlı istintaq nəzarətə götürülüb

Baş Prokurorluqdan rəsmi açıqlama: Gürcüstanda həmyerlimizin öldürülməsi ilə bağlı istintaq nəzarətə götürülüb

06/07/2026 - 08:52
Baş Prokurorluqdan rəsmi açıqlama: Gürcüstanda həmyerlimizin öldürülməsi ilə bağlı istintaq nəzarətə götürülüb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Gürcüstanın Tbilisi şəhərində vətəndaşımız Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqının diqqətlə izlənildiyini bildirib.
​Qurumun mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin (zərərçəkmişin qohumu) barəsində zəruri prosessual tədbirlər görülür, onun saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir.
​Hadisənin ictimai əhəmiyyəti və zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb. Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyə uyğun müəyyən edilməsi vurğulanıb. Həmçinin, zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hər cür hüquqi yardımın və dəstəyin göstərilməsinə hazır olunduğu qeyd edilib.
​Baş Prokurorluq bəyan edib ki, Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, ölkə hüdudlarından kənarda baş verən cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi bundan sonra da prinsipiallıqla davam etdiriləcək.