Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

01/07/2026 - 10:30
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınızBu gündən Azərbaycanda 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib. Ölkə.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda edilən dəyişikliklərdə öz əksini tapıb. Belə ki, 2025-ci il aprelin 11-də qəbul edilən qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minibQanuna əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan elektrik közərmə lampaları 2026-cı il iyulun 1-dən tarixlərdən idxalı, istehsalı və satışı qadağan edilib.