Sumqayıtda dəhşətli qəza: Yük avtomobili teplovozla toqquşdu
Sumqayıtda dəhşətli qəza: Yük avtomobili teplovozla toqquşdu
Bu gün Sumqayıt şəhəri ərazisində dəmiryol keçidində ciddi yol-nəqliyyat hadisəsi baş verib. Benzin daşıyan yük avtomobili teplovozla toqquşub.
İlkin məlumatlara görə, toqquşma nəticəsində avtomobildə olan və ərazidə olan şəxslərdən xəsarət alanlar var. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza səbəbindən ərazidə hərəkət məhdudlaşdırılıb, yanğın təhlükəsinin qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Hadisənin dəqiq səbəbləri və xəsarət alanların sayı barədə aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Əlavə məlumat verildikcə oxucularımızı məlumatlandıracağıq.