XƏBƏRDARLIQ: Abşeron yarımadasında leysan və dolu gözlənilir
XƏBƏRDARLIQ: Abşeron yarımadasında leysan və dolu gözlənilir
Milli Hidrometeorologiya Xidməti Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Sinoptiklərin məlumatına görə, yaxın saatlarda yarımada ərazisində qeyri-sabit hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır. Belə ki, qısamüddətli leysan xarakterli yağışların yağacağı, bəzi yerlərdə isə dolu düşəcəyi ehtimal olunur.
Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Xüsusilə dolu ehtimalını nəzərə alaraq, avtomobil sahiblərinə nəqliyyat vasitələrini açıq ərazilərdə saxlamamaq, piyadalara isə açıq havada ehtiyatlı olmaq tövsiyə edilir.