Litvalı nazir: Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik
Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik. Azərbaycan enerji və bağlantı sahələrində strateji layihələr baxımından mühüm tərəfdaşdır.
Economynews.az xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Məqsədimiz Avropa İttifaqının 27 üzv dövlətin hamısını Azərbaycanla bağlı vahid yanaşma ətrafında birləşdirməkdir. Biz bu ölkələrə Azərbaycanın strateji əhəmiyyətini və əməkdaşlığın vacibliyini izah edəcəyik.
Bu əməkdaşlıq yalnız birillik dövrlə məhdudlaşmayacaq, qarşıdakı illərdə də fəaliyyətimizi asanlaşdıracaq.